Xalça Muzeyi “İlin muzeyi” mükafatına layiq görülüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyi “İlin muzeyi” mükafatına layiq görülüb.
Muzey il ərzində ən çox sərgi keçirən, eyni zamanda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər arasında ən çox ziyarətçi qəbul edən fəal mədəniyyət ocağı kimi seçilib.
Muzeydən bildirib ki, milli irsimizin qorunması və dünyada tanıdılması istiqamətində görülən işlərin bu cür yüksək qiymətləndirilməsi qürurvericidir.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-12-2025, 17:22



























