mobil versiya

Bakıda sürətlə hərəkət edən “Opel” dirəyə çırpılıb, xəsarət alan var - FOTO



Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, Elnur Ağamalıyev idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirib.

Avtomobil səkisindəki dəmir dirəklərə dəyərək dayanıb. Zərbənin gücündən avtomobildə olan sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-09-2019, 09:54