Qusarda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlandı


Qusar rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, fakta görə Qusar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 4-də Qusar-Xudat avtomobil yolunun Bədirqala kəndindən keçən hissəsində rayon sakini, Cəbrayılov Zeynulla Vəliyulla oğlu idarə etdiyi "Mercedes-190" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1980-cı il təvəllüdlü Babayeva Pərvanə Manpasa qızı, 1999-cu il təvəllüdlü Sevzixanova Alina Albertovna, 1991-ci il təvəllüqdlü Babayeva Gülmirə Hacı qızı və 1990-cı il təvəllüdlü Qurbanova Nina Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. N.Qurbanova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 23 Tarix: 5-09-2019, 12:00
Şərh bildir
yenilə, əgər kod görünmürsə