mobil versiya

Şahbaz, Ərdoğan və Məhəmməd bin Salmanın Nyu-Yorkda görüşməsi gözlənilir







Mənbələrin məlumatına görə, Körfəz bölgəsində gərginliyin artması fonunda üç ölkənin bu yaxınlarda imzaladığı Məkkə Birgə Müdafiə Sazişinin yenidən diqqət mərkəzinə düşdüyü bir vaxtda, Pakistan sentyabrın 24-də Nyu-Yorkda Səudiyyə Ərəbistanı və Türkiyə ilə mühüm üçtərəfli görüşə hazırlaşır.

Bu barədə Pakistan yerli mediası xəbər verir. 

Görüşdə Baş nazir Şahbaz Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın iştirakı gözlənilir; iclasda Körfəz bölgəsindəki son hadisələrin və onların üçtərəfli müdafiə sazişinə təsirlərinin müzakirə olunacağı ehtimal edilir.

Üç ölkə avqustun 7-də Məkkədə müdafiə sazişini imzalayaraq kollektiv təhlükəsizliyi gücləndirmək öhdəliyi götürüb və onlardan hər hansı birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcəyini təsbit edib.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:42