mobil versiya

Azərbaycanda DƏHŞƏT: Zibil qutusundan döl tapıldı - YENİLƏNİB



Daxili İşlər Nazirliyi Ağsu şəhərində zibil qutusundan tapılan döl ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Polis Şöbəsinə məlumat daxil olub:

“Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib. Hələlik dölün kim tərəfindən atıldığı məlum deyil və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır”.


11:24

Ağsu şəhərində döl tapılıb. 

Oxu.Az-ın məlumatına görə, döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıb.

Dölün kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 4-11-2021, 12:35