mobil versiya

Azərbaycanda polkovnik-leytenant vəfat etdi




Azərbaycanda polkovnik-leytenant vəfat edib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 17-12-2021, 19:28