Qətər Şimal yatağından 104 milyon tona qədər mayeləşdirilmiş təbii qaz hasilatını ildə 120 milyon tona qədər artırıb

QatarEnergy şirkəti ddialı istehsal hədəflərini, o cümlədən Şimal yatağından 104 milyon tona qədər mayeləşdirilmiş təbii qaz hasilatını ildə 77 milyon tondan 120 milyon tona qədər artırıb.
Bunu Dohada 21-ci Beynəlxalq Mayeləşdirilmiş Təbii Qaz Konfransı və Sərgisinin (LNG2026) açılışında Enerji İşləri üzrə Dövlət Naziri və QatarEnergy şirkətinin prezidenti və baş icraçı direktoru Saad bin Şerida Əl-Kaabi deyib.
Fevralın 5-dək davam edən dörd günlük tədbir, bazar trendləri, innovasiya və qlobal enerjinin gələcəyini müzakirə etmək üçün 80-dən çox ölkədən sənaye liderlərini, siyasətçiləri və mütəxəssisləri bir araya gətirir.
Saad bin Şerida Əl-Kaabi Qətərin sektorda artan təsirini vurğulayaraq deyib ki, növbəti onillikdə layihələr yeni qlobal LNG tədarükünün təxminən 40 faizini təşkil edəcək.

O, həmçinin şirkətin sənaye tarixində ən böyük olan gəmiqayırma proqramını ətraflı şəkildə izah etdi ki, bu proqram böyüməni və əməliyyat səmərəliliyini dəstəkləmək üçündür: "Bu genişlənməyə müşayiət etmək üçün dünyanın ən böyük LNG gəmi proqramına başladıq və bu proqram üstün əməliyyat və ətraf mühit standartlarına malik 128 qabaqcıl daşıyıcıdan ibarətdir. Biiz 38 yeni gəmi aldıq və hər üç həftədən bir yeni daşıyıcı çatdırılacaq və bununla da Qətər dünyanın ən böyük LNG donanmasına sahib olacaq və qarşıdakı illərdə onların sayının 200 gəmiyə çatacağı gözlənilir".
QatarEnergy, dünyanın ən böyük karbamid ixracatçısı olan yeni dünya miqyaslı karbamid gübrəsi kompleksinin yaradılması ilə qlobal qida təhlükəsizliyini dəstəkləyir və hazırkı istehsal gücümüzü 110 faizdən çox artırır.
O əlavə edib ki, bu, kondensat və mayeləşdirilmiş qaz istehsalında 60 faiz artım və helium istehsalında 155 faiz artımla tamamlanır və QatarEnergy şirkətini qarşıdakı illərdə dünyanın aparıcı mayeləşdirilmiş təbii qaz, kimyəvi gübrələr və helium ixracatçısı kimi təqdim edir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:03


























