mobil versiya

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı



2022-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 31,47 faiz artıb.
Axar.az bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,448 milyard, İrandan 870,54 milyon, Azərbaycandan isə 709,97 milyon kubmetr təşkil edib.
İyul ayında Rusiyadan Türkiyəyə qaz ixracı 37,2 faiz azalıb, İrandan isə 37,48 faiz artıb.
2022-ci ilin iyulunda Türkiyənin ümumi qaz idxalı ötən ilin iyulu ilə müqayisədə 15,71 faiz artaraq 3,411 milyard kubmetr təşkil edib. Türkiyə 3,029 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 382,8 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Türkiyənin boru kəməri ilə qaz idxalı 12,95 faiz, mayeləşdirilmiş təbii qaz idxalı isə 32,66 faiz azalıb.

İQTİSADİYYAT
Tarix: 1-10-2022, 14:22