mobil versiya

Almaniyanın Rusiyadan asılılığı artır



Almaniya təkcə bu ilin iyul ayında Rusiyadan 2,9 milyard avro dəyərində mal idxal edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Federal Statistika İdarəsi məlumat yayıb.

Qurumdan verilən informasiyaya əsasən, Almaniyanın Rusiyadan idxalının dəyəri 2021-ci ilin iyul ayı ilə müqayisədə 10,2% artıb.

Agentlik bunu əsasən enerji sektorunda qiymət artımı ilə əlaqələndirib, çünki Rusiya qazının tədarükünün kəsilməsi Avropanın ən böyük iqtisadiyyatında ev təsərrüfatları və bizneslər üçün elektrik enerjisi ödənişlərinin yüksəlməsinə səbəb olub.

Agentliyin məlumatına görə, bu ilin iyul ayında Almaniya Rusiyadan 1,4 milyard avro dəyərində xam neft və təbii qaz idxal edib ki, bu da əvvəlki illə müqayisədə 1,6% çoxdur.

Rusiya koksu və neft məhsullarının idxalı 72,5% artaraq 0,5 milyard avro, Rusiya kömürünün idxalı isə iki dəfədən çox artaraq 0,3 milyard avro təşkil edib.

Lakin rəqəmlərdən bəlli olduğu kimi, Rusiyadan gələn idxal qiymətləri artsa da, Almaniya bu ölkədən idxal həcmini 45,8% azalda bilib.

Bu arada, Almaniyanın Rusiyaya ixracı da 56,8% azalıb.


İQTİSADİYYAT
Tarix: 14-09-2022, 11:33