Azərbaycan ilə Pakistan arasında LNG tədarükünə dair saziş imzalanıb
Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 24-də bildirib ki, Pakistan ilə Azərbaycan arasında aşağı qiymətli mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üçün bir il müddətinə çevik şərtlərlə çərçivə sazişi imzalanıb.
Lahorda imzalanan saziş LNG-nin tədarükü ilə məşğul olan dövlət qurumu “Pakistan LNG Limited” (PLL) ilə Azərbaycanın SOCAR şirkəti arasında Baş nazir Şahbaz Şərifin iştirakı ilə imzalanıb. Sənədə əsasən, Azərbaycan Pakistana ildə 12 LNG tankeri tədarük edəcək. "Bu müqavilənin müddəti bir ildir və onu daha bir il müddətinə uzatmaq olar", - deyə Baş nazir Şərif imzalanma mərasimində iştirak edənlərə müraciətində deyib.
Baş nazir bildirib ki, bu saziş Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərində böyük mərhələdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına xüsusi diqqət yeridiyini vurğulayıb.
Çərçivə sazişini “Pakistan LNG Limited” şirkətinin icraçı direktoru Məsud Nəbi və "SOCAR Trading" şirkətinin icraçı direktoru Məryəm Almaszadə imzalayıblar.
Enerji istehsalı üçün qazdan asılı olan və idxalı ödəmək üçün valyuta çatışmazlığı hiss edən Pakistan keçən il Rusiyanın Ukraynaya təcavüzü ilə qlobal qiymətlərin yüksəlməsindən sonra LNG-nin spot yüklərini əldə etməkdə çətinlik çəkib və bunun nəticəsində ölkədə enerji qıtlığı yaranıb. Lakin bu il Asiya spot LNG qiymətləri avqust ayında vurulan milyon Britaniya istilik vahidi (mmBtu) üçün rekord həddən - 70 dollardan aşağı düşüb və indi 10 dollardan azdır.
Pakistanın Qətər ilə iki uzunmüddətli tədarük müqaviləsi var; bunlardan biri 2016-cı ildə illik 3,75 milyon metrik ton LNG, digəri isə 2021-ci ildə illik 3 milyon metrik ton tədarükü nəzərdə tutur. “Pakistan LNG” şirkəti, həmçinin İtaliyanın “Eni” şirkəti ilə illik 0,75 milyon metrik tonluq portfel müqaviləsi imzalayıb. “Kpler” informasiya-analitika qrupunun məlumatına görə, 2022-ci ildə Pakistanın LNG idxalı 2021-ci ildəki 8,23 milyon metrik tondan il ərzində 6,93 milyon metrik tona qədər azalıb.(azərtac)
KARUSEL / İQTİSADİYYAT

Tarix: 25-07-2023, 10:48