Şeyxülislam A.Paşazadə Abu-Dabidə nüfuzlu tədbirdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərinə səfərə yola düşür.
Bu barədə QMİ-nin Mətbuat Xidməti xəbər verir.
QMİ sədri A. Paşazadə Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Abu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantısında iştirak edəcəkdir. Məlumat üçün qeyd edək ki, Şeyxülislam A.Paşazadə Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvüdür.
Fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulur.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:47


























