mobil versiya

Şeyxülislam Moskvaya gedir



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-da Rusiyaya gedəcək.


Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Səfərdə məqsəd RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-də Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.
Budəfəki Forum Rusiya Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur.
QMİ sədri forumda məruzə ilə çıxış edəcəkr.
Moskvaya səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-09-2024, 15:02