mobil versiya
Qaraciyər sağlamlığı üçün məsləhətlər
Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb
Rusiyanın müdafiə naziri Ukraynadakı qoşunları yoxlayır
Bəzi tövsiyələr yuxusuzluğu artıra bilər
Hansı universitetlər paralel qeydiyyat təşkil edib və tələbələrdən kağız formada sənədlər tələb edir?
Taylandda "Kajiki" qasırğası qurbanlarının sayı beşə çatıb
Məkanınızı izləyən 8 Proqram... Ehtiyatlı olun
Həddindən artıq protein tozu qəbulunun 5 səbəbi təhlükəli ola bilər
“WhatsApp” süni intellektlə işləyən yazı yardımını işə salıb
Ukrayna kiçik raket daşıyan Rusiya hərbi gəmisini vurduğunu bildirib
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürüləcək
Manuel Akanji “Qalatasaray”ın təklifinə "yox" deyib
Spotify WhatsApp ilə rəqabət aparmaq üçün birbaşa mesajlaşma funksiyasını işə salıb
Ruanda ABŞ-ın deportasiya müqaviləsi çərçivəsində yeddi miqrantı qəbul edib
Dövlət başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Sabah Bakıda 33 dərəcə isti olacaq
Sidik yollarında daşların əmələ gəlməsinə kömək edən faktorlar
İsveçrə prezidenti Ukraynanın baş nazirini sülh prosesi ilə bağlı danışıqlar üçün qəbul edib
Ağdamda valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirilib, vəziyyəti ağırdır
Musiqi yaddaşı gücləndirir və hadisələri sementləşdirməyə kömək edir
İsrailin müdafiə naziri: Dəməşq yaxınlığındakı reyd xəbərlərindən sonra bütün döyüş bölgələrində fəaliyyət göstərir
ANA SƏHİFƏ
GÜNDƏM
SİYASƏT
DÜNYA
HADİSƏ
SOSİAL
İQTİSADİYYAT
ÖLKƏ
İDMAN
MƏDƏNİYYƏT
CƏMİYYƏT
SAĞLAMLIQ
MARAQLI
HAQQIMIZDA
Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başlayıb
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasınprezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Qeyd edək ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı.
Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı.
Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni, 2023-cü ilin sonuna kimi uzadılıb. Bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.(AZƏRTAC)
MANŞET
/
KARUSEL
/
SİYASƏT
Tarix:
2-03-2023, 10:47
Share
Oxşar yazılar:
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edib
Serbiya Prezidenti Azərbaycana gələcək
Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü formatında iclası keçiriləcək
BMT Baş Assmableyasının prezidenti Azərbaycana gəlib
Prezident: "Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib"
Geri qayıt