mobil versiya

HƏMAS-ın öldürdüyü hərbçi...



İsrailin Azərbaycandakı səfirliyi olaraq, oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı azərbaycanəsilli, 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi "X" sosial media hesabında qeyd edilib.
" O, Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq.
Liorun anası Natali onu belə xatırlayır: "O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, "burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəyəm, söz verirəm və səni sevirəm". Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun", - deyə bildirilib.
MARAQLI / KARUSEL
Tarix: 10-11-2023, 13:57