mobil versiya

"Səfirlik bu qorxaq cinayəti pisləyir" - İraqın Azərbaycandakı səfirliyi



İraqın ölkəmizdəki Səfirliyi Azərbaycanın  Tehrandakı Səfirliyində törədilən terror aktı ilə bağlı xəbər paylaşıb.

Məlumatda deyilir ki, Səfirlik törədilən terror aktı xəbərini böyük kədər hissi ilə qarşılayıb.
Səfirlik bu qorxaq cinayəti pisləyir, Azərbaycan hökumətinə və həlak olan şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralılara və xəsarət alanlara şəfa diləyir, Allahdan Azərbaycan hökuməti və xalqı üçün təhlükəsizlik və əmin-amanlıq diləyir.
KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 18:34