“Azər Konyak” şərab evində nöqsanlar aşkarlanıb

Baxış zamanı “Göy-Göl”, “Gold Krım”, “Bacchus”, “Azərbaycan Qızılı” və “Украина” əmtəə nişanlı alkoqollu içkilərin Azərbaycan dilində etiket məlumatları ilə müşayiət olunmadığı, “Профессионал”, “Aloe Vera”, ”Минск”, ”Холодок”, “Organic”, “Nature Drop”, “Qərbi Azərbaycan”, “Brand Line”, “Хлебная Мера”, “Akedemik”, “Bambok”, “Украинское Золото”, “Белорусский Cтандарт” əmtəə nişanlı alkoqollu içkilərdə isə ünvan və istehsal tarixlərinin qeyd olunmadığı müəyyən edilib.
İçkilərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində “Украина”, "Aloe Vera", “Bacchus" əmtəə nişanlı alkoqullu içkilərin tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, məhsullar dövriyyədən çıxarılıb və məhv edilib.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:25