mobil versiya

Marketdə saxta alkoqollu içkilər aşkarlanıb



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonu, Şıxarx qəsəbəsində fəaliyyət göstərən, Əsgərova Südabə Allahverən qızına məxsus marketdə yoxlama keçirib.

Baxış zamanı marketdə satışa təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-09-2025, 17:42