mobil versiya

Türkiyəli müğənni Bakıda menecerini döydü - FOTO



Ötən gün Bakıda “Elecrta Events Hall”da konsert verən türkiyəli müğənnilər - Ersay Üner və Fəridə Hilalın başlarına iş gəlib.

REPORTYOR.AZ
“qafqazinfo”ya istinadən xəbər verir ki, kulisdə Ersay Ünerlə meneceri Subutay Yitgin arasında əlbəyaxa dava olub. Əsəblərini cilovlaya bilməyən ifaçı menecerini döyüb. Səs-küyə mühafizə xidməti və tədbirin təşkilatçıları gəlib. Müğənninin köməkçisi otaqdan bayıra çıxarılıb. Davanın hansı səbəbdən yarandığı məlum deyil.



Fəridə Hilalın isə konsert günü saxta kürkü yanıb. Buna səbəb ifaçının geyiminin səhnə arxasında işıqların üstünə düşməsi olub. Nəticədə kürk əriməyə başlayıb və ətrafa pis qoxu yayılıb.



MARAQLI / KARUSEL / HADİSƏ
Baxılıb: 32 Tarix: 2-12-2019, 15:40


Şərh bildir
yenilə, əgər kod görünmürsə