mobil versiya

Solovyovun verlişində əlbəyaxa dava - VİDEO



"Rusiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin çəkilişi zamanı ukraynalı mütəxəssislər - Aleksandr Semçenko və Vasil Vakarov arasında dava düşüb.


REPORTYOR.AZ xəbər verir ki, münaqişənin videosu aparıcının özü tərəfindən "Tvitter"ə yerləşdirilib.

Efir zamanı Solovyov Vakarovla Donbassdakı vəziyyətlə bağlı mübahisə edib. Daha sonra reklam fasiləsində Semçenko onun yanına gəlib və Vakarovun qalstukunu tutub. Bunu Solovyev görüb və vəziyyətə müdaxilə edib. 

Daha sonra tərəflər arasında əlbəyaxa dava qeydə alınıb və yalnız aparıcı ilə mühafizə xidmətinin müdaxiləsindən sonra ekspertləri sakitləşdirmək mümkün olub.
KARUSEL / DÜNYA / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 29-10-2019, 17:00