mobil versiya

Matruşka əslində yapon oyuncağıdır?



Rus mədəni irsinə 1890-cı ildə daxil olmuş Matruşka
oyuncağının kökü Yaponiyaya gedib çıxır.
XIX əsrin əvvəllərində Moskvanın şimalındakı Abramçevo adlı malikanə, rus xalq sənətinin inkişafında çox vacib rol oynayırdı. Bu malikanənin və eyni zamanda da oyuncaq dükanının sahibi olan Savya Mamantov, xanımı Yelizavetaya hədiyyə olaraq Yaponiya səyahəti zamanı yaponların məşhur "Xoşbəxtlik tanrısı" (Şiçi Fukucin-t) olan yeddi şanslı tanrını təmsil edən iç-içə olan oyuncaq fiqurdan gətirir. Daha sonra
Mamantovun qardaşı Anatoli uşaqlar üçün təhsil atelyesində bu fiqurun rus versiyasını yonaraq düzəltməyə başlayır. Yonma işi bitdikdən sonra isə boyamağı xalq rəssamı olan Sergey Malyutin edir.
O dövrdə çökməkdə olan rus istehsalını canlandırmağa kömək edən bu oyuncaqlar get-gedə rus mədəniyyətinin əsas hissəsinə çevrilir.
MARAQLI / KARUSEL
Tarix: 26-03-2024, 14:58