Zümrüd Qurbanlı prezident İlham Əliyevə müraciət etdi


Cənab prezident,Gürcüstan vətəndaşı olan azərbaycanlıların öz vətənlərində daimi məskunlaşması və Gürcüstanın ictimai siyasi həyatında fəal iştirak etməsi üçün Azərbaycan dövləti tərəfindən müəyyən ictimai,siyasi,mədəni,maddi addımların atılması cəhdini hər zaman alqışlamışıq.Sizin gürcüstan azərbaycanlılarının probləmələrinə diqqət yetirməniz və bu problemlərin həlli üçün müəyyən qurum və təşkklatlara müntəzəm olaraq göstərişlər verdiyinizdən əminik.Baxmayaraqki,bəzən bu qurumlar verdiyiniz təlimat və göstərişləri göz ardı edir və ya Sizin bu göstərişlərinizdən özlərinin maddi rifahı üçün istifadə hallarına yer verirlər,yenə də bir çox hàlda toplum olaraq hər zaman Sizin qaygi və diqqətinizi hiss edirik.Ulu Öndər Heydər Əliyevin Gürcüstana və gürcüstan azərbaycanlılarına yönəlik uzaqgörənliklə həyata keçirdiyi dahiyanə və müstəsna siyasətinə yalnız Gürcüstan vətəndaşı olaraq deyil həm də soydaş olaraq hər zaman minnətdarıq.Bu gün bəzi Azərbaycan məmurlarının laqeydliyi və təcrubəsizliyi,bəzən də klan,tayfabazlıq siyasəti ucbatından ulu öndərin cənubi Qafqazdakı azərbaycanlıların,xüsusi ilə gürcüstan azərbaycanlılarına yönəlik siyasətinin gismən də olsa təhrifə uğramasına baxmayaraq,biz o böyük şəxsiyyətin bizlərə dəstəyini hər zaman hiss edəcək və ona olan ehtiram və sevgimizi daim qəlbimizdə saxlayacağıq.Möhtərəm prezident,Sizə müraciət etməyimizin səbəbi son illərdə dünyada baş verən beynəlxalq təcrubədən Azərbaycan və Gürcüstan arasındakı siyasi,iqtisadi,mədəni,hüquqi münasibətlərində yaralanmasının vacibliyi və bu konteksdə gürcüstan azərbaycanlılarınında müəyyən şərtlərdən güşəştli istifadə edə bilmə istəkləridir.Məlumdur ki,Gürcüstanda iqtisadi durumdan,işsizlikdın,digər obyektiv və subyektiv amillərin ucbatından gürcüstan azərbaycanlılarının maddi rifahı qənaətbəxş deyil.Geyd etdiyimiz movcud durumu bu gün Azərbaycanda,Türkiyədə,Polşada,Belorusiyada,Rusiyada və digər olkələrdə sığotasız qəpik quruşa hər cür işə girmək məcburiyyətində qalan gürcüstan azərbaycanlılarının kəmiyyət çoxluğu təsdiq etməkdədir.Bir cox soydaşımızın ailəsini dolandırmaq üçün hər qəpiyin hesabini aparmaq məcburiyyətində qaldığı bir zamanda,Azərbaycana gedib gələn soydaşlarımızı müəyyən əlavə xərclərdən azad etmək,ailə büdcəsinə azda olsa yardım etmək deməkdir.Məsələn Gürcüstan vətəndaşları din ayri,dil ayri Ukrayna dövlətinə xarici pasportsuz,daxili şəxsiyyət vəsiqəsi ilə gedə bilir,eyni ilə Gürcüstan vətəndaşları Turkiyə respublikasını daxili şəxsiyyət vəsiqəsi ilə ziyarət edə bildiyi halda dost,qardaş Azərbaycana ancaq xarici pasportla getmək məcburiyyətindədir.Nəzərə alsaq ki,xarici pasport 100 dollara qədər vəsait tələb edir və kömrük keçud məntəqəsindəki möhürlərdən ən azı ildə iki dəfə dəyişməlidir ,bununailə büdcəsinə yetərincə zərər vuran amil hesab etmək olar. Təbii ki,gürcüstan azərbaycanlılarının üzləşdiyi pedaqoji kadr çatışmazlığı və azərbaycan dillii məktəblərin bağlanma təhlükəsi ilə üz-üzə qalması,90-cı illərin ağrılı,acılı illərində ekstrimist güvvələrin hədəfinə çevrilən Bolnisinin və Dmanisinin mərkəzində yaşayan soydaşlarımızın ana yurdunu tərk etmək məcburiyyətində qalaraq, Azərbaycana qaçmağa məcbur olması nəticəsində minlərlə soydaşımızın vətəndaşlıq hüququndan məhrum qalması bu gün problem olaraq qalmaqdadır və həlli çox təssüf ki ancaq sizin diqqətinizdən sonra mümkün görünür.Cənab prezident,son dövrlırdə iki ölkə arasındakı münasibətlərdə müəyyən qüvvələrin strateji əməkdaşlığıq prinsiplərini gölgədə qoyacaq bəyanat və davranışları bizi narahat etməkdədir və bu müstəvidə Azərbaycanda yaşayan bir çox Gürcüstan əsilli ziyalılara qarşı Gürcüstan hakimiyyətinin qadağa qoymasının arxasındakı reallığın şəffaflığa ehtiyacı var.Çünki,biz əminik ki,Azərbaycanda yaşayan nəinki Gürcüstan əsilli soydaşlarımız,eləcə də bütün Azərbaycan xalqı hər zaman Gürcüstanın milli mənəvi dəyərlərinə,ərazi bütövlüyünə ehtiramla yanaşmış,Gürcüstanın müstəqilliyinin möhkəmlənməsi və iqtisadi çiçəklənməsi üçün bütün imkanlardan istifadə etmişdir.Belə olan halda,heç bir siyasi,hüquqi fakta əsaslanmadan get-gedə az qala ənənə şəklini almaqda olan bu qadağaların əsil səbəbi araşdırılmalı və əgər həqiqətən Gürcüstanın milli təhlukəsizliyinə qarşı hər hansı bir təhlükə varsa islah olunmalıdır.Hər iki ölkənin ictimaiyyəti bu barədə həqiqəti bilmə.haqqına sahibdir və əminik ki,məhz Sizin ciddi nəzarətiniz nəticəsində bu cür siyasi alver obyektinə çevrilmiş istənilməz hallar iki ölkə araasında bir dəfəlik tarix olacaqdır.Hörmətli prezident ümidvarıq ki,bu və digər məsələlərin həlli iki dövlət arasındakı anlaşma və sazişlərdə öz əksini çox yaxın bir zamanda tapacaq.İnanırıq ki, hər zaman Azərbaycan naminə çalışaraq Ulu Öndərin layiqli davamçısı kimi bütün dünya azərbaycanlılarının mənəvi dayağı olacaqsınız.Sizə,əvvəlcədən qədim Borçalı elinin vətənpərvər insanları adından uğurlar arzulayıram.
Hörmətlə:ZÜMRÜD QURBANLI
SİYASƏT / ÖLKƏ
Baxılıb: 445 Tarix: 15-08-2019, 19:03
Şərh bildir
yenilə, əgər kod görünmürsə