mobil versiya

"BakuBus"a məxsus avtobus qəzaya düşdü




Bakıda yol-nəqliyyat hadisəsi olub.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 19-05-2021, 18:36