mobil versiya

SON DƏQİQƏ! - Bakıda “BakuBus” yandı - FOTO - YENİLƏNİB



Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sözügedən hadisə ilə bağlı məlumat yayıb:

“01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

***

 09:08

Bakı şəhərinin Sabunçu rayonunda  “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. 

KONKRET.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Foto:Qafqazinfo




SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 1-09-2020, 09:30