mobil versiya

Formula 1-ə görə Bakı yollarında tətbiq edilən məhdudiyyətlər LƏĞV OLUNUR




İyunun 8-i səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq.

REPORTYOR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv ediləcək.

Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-06-2021, 21:51