mobil versiya

Koronavirusa yoluxan şəxslərin NƏZƏRİNƏ: Karantin müddəti bu halda uzadılacaq




Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halını açıqlayıb.

REPORTYOR.AZ-ın məlumatına görə, nazirlikdən milli.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyi keçirən şəxslərdə simptomlar davam edirsə, bu zaman həmin şəxsin karantin müddəti uzadıla bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə endirilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-01-2022, 20:00