mobil versiya

İstanbulda hərbi məktəbdə partlayış baş verib - VİDEO




İstanbul Tuzla Hərbi Piyada Məktəbi şəhərciyinin 41-ci Təmir Müdirliyinin Ar-Ge şöbəsində yerləşən sursat anbarında yanğın baş verib.

REPORTYOR.AZ "Haber Global"a istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra yanğın başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmadığı bildirilib.

Partlayışın səbəbi araşdırılır.





SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 8-04-2022, 10:10