mobil versiya

İranlıların Trampı “cəzalandırması” lağ obyekti oldu - Video



İranlı general Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirilməsindən sonra İranın müxtəlif yerlərində Ağ Ev və liderinə qarşı etirazlar olub.

Axar.az xəbər verir ki, bu etirazlardan biri xüsusilə diqqət çəkib və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Belə ki, bir neçə şəxsin ABŞ Prezidenti Donald Trampın maketini hazırlayıb ona qəribə bir tərzdə lənət oxumaları və “şallaqlamaları” sosial şəbəkələrdə lağ obyektinə çevrilib.

Qeyd edək ki, ötən gün İranın Ali dini lideri Əli Xameneinin veb səhifəsində ABŞ liderinin üzünə “qanlı şillə” vurulmuş fotoşəkil yayımlanmışdı.



SON XƏBƏR / KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Baxılıb: 118 Tarix: 10-01-2020, 15:26



Şərh bildir
yenilə, əgər kod görünmürsə