mobil versiya

İranın Azərbaycandakı səfirliyində bayraq endirilib



İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

SON XƏBƏR / GÜNDƏM / SİYASƏT
Baxılıb: 29 Tarix: 3-01-2020, 20:02


Şərh bildir
yenilə, əgər kod görünmürsə