mobil versiya

Koronavirusa yoluxan model HƏR KƏSİ ŞOKA SALDI: 57 gün sonra test olundu və....




İtaliyada koronavirusla bağlı yaşanan hadisə həkimlərin heyrətinə səbəb olub.

İtaliyanın Bolonya şəhərində yaşayan Model Bianca Dobroiu, 28 fevralda 40 dərəcə qızdırma ilə xəstəxanaya müraciət edib. Aparılan testlər nəticəsində 23 yaşlı Dobroiuya koronavirusu diaqnozu qoyulub və gənc qadın altı gün xəstəxanada müalicə edilib. Müalicədən sonra onun vəziyyəti yaxşılaşıb və evə buraxılıb.

Evdə karantinə alınan model həmin gündən bəri 6 dəfə korona testindən keçib. Maraqlısı isə həmin testlərin hamısında nəticələrin müsbət çıxması olub. 57 gündür koronavirusla mübarizə aparan Dobroiunun vəziyyəti haqqında həkimlər bunları deyib:

"Xəstənin vəziyyəti yaxşıdır, amma nəticələr müsbət olmağa davam edir. Bu hadisəni diqqətlə izləyirik. İtaliyada uzun müddət belə hallar olmayıb. Ümumilikdə 4 həftədən sonra nəticələr mənfi olub".

Araşdırmalara görə, ümumiyyətlə müsbət nəticələr dörd həftədən çox olmur.//Publika.az

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-04-2020, 22:25