mobil versiya

Koronavirus müalicəsi almaq üçün çayı üzərək keçdi




Banqladeşli 35 yaşlı Abdul Hak adlı bir şəxs koronavirus müalicəsi almaq üçün Kuşiara çayını üzərək Hindistana keçib.

REPORTYOR.AZ
“Haber Global”a istinadən xəbər verir ki, çayı keçə bilsə də onu hindli polislər saxlayıblar.

Nayak adlı hindli polis bildirib ki, çayı keçən şəxsin yüksək hərarəti olub:

“Yaxşı görünmürdü. Koronavirusa yoluxduğunu, Hindistana müalicə üçün gəldiyini deyirdi. Onun çayın kənarından ayrılmasına icazə vermədik və Banqladeş Sərhəd Polisi ilə əlaqə saxladıq. İki qayıqla gəlib həmin şəxsi geri apardılar”.
Abdul Hakın sonrakı taleyi haqqında məlumat verilməyib.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 28-04-2020, 14:00