mobil versiya

Türkiyədə millət vəkili partiya qurdu



Türkiyənin Ardahan rayonunun bitərəf millət vəkili Öztürk Yılmaz yeni partiya qurub.

REPORTYOR.AZ CNN Türk-ə istinadən xəbər verir ki, Yenilik Partiyası adlandırılan partiyanın quruluş sənədləri bu gün Daxili İşlər Nazirliyinə təqdim edilib.

Partiyanın qurucu üzvlərindən olan Nazim Özər bildirib ki, partiyada gənclərə və xanımlara daha çox yer veriləcək.
Qurucu üzvlər bu gün Atatürkün məzarını ziyarət edəcəklər.

SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 20-07-2020, 13:00