"Türkiyə kəşfiyyatı Millət İttifaqını pozmaq istəyir" - Kılıçdaroğlu


Millət İttifaqı koalisiyasının pozulması üçün Türkiyə kəşfiyyatından istifadə etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu "Qərar" qəzetinə müsahibəsində deyib.

“Millət İttifaqını parçalamaqla hökumət öz gələcək təhlükəsizliyini təmin etmək istəyir. Bu çərçivədə bəzi qurumların hərəkətə keçdiyini bilirik. Kəşfiyyatdan bəzi şəxslər "bu ittifaqı necə poza bilərik" deyə, axtarış içindədirlər”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Kılıçdaroğlu Türkiyə "dərin dövləti"nin Millət İttifaqını pozmaq istədiyini açıqlamışdı.

---
Baxılıb: 5 Tarix: 12-10-2019, 15:30
Şərh bildir
yenilə, əgər kod görünmürsə