mobil versiya

ABŞ Türkiyə qarşısında şərt qoydu: Ya S-400, ya da...


Türkiyənin F-35 proqramına yenidən daxil edilməsini düşünməyimiz üçün S-400-lərdən imtina etməsi lazımdır. Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib. O bildirib ki, Türkiyə ya S-400-ləri almalıdır, ya da F-35-ləri:
“İkisi birdən olmaz. “Birini qarajda saxlayaq, digərindən istifadə edək!” - belə vəziyyətdən söhbət gedə bilməz”.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin F-35-ləri ala bilməyəcəyi təqdirdə yeni alternativlər axtaracağını demişdi.
/axar.az/ 
GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 29-08-2019, 09:49