Kadırov rəqibini nokauta salan Zabit Səmədovu təbrik etdi – VİDEO

Xəbər verdiyimiz kimi, azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünü keçirib.

Reportyor.az  bildirir ki, “Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Zabit Səmədovu bu qələbə münasibətilə təbrik edib. Sosial şəbəkədə fikirlərini bölüşən R.Kadırov Z.Səmədov və “Axmat” klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib. O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib: “Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram”./virtualaz.org/

 Share