mobil versiya

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO



Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da təyyarədə sərnişini döyüb.

REPORTYOR.AZ "oxu.az"a istinadən xəbər verir ki, insident San-Fransiskodan Floridaya uçan təyyarədə qeydə alınıb.

Yola düşməzdən əvvəl 55 yaşlı idmançı pərəstişkarları ilə foto çəkdirib. Onlardan biri israrla Taysonla danışmağa çalışıb və bu, amerikalının qəzəbinə səbəb olub. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirib.

Şahidlərin sözlərinə görə, Tayson hadisədən dərhal sonra təyyarəni tərk edib.

Qeyd edək ki, Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.



KARUSEL / DÜNYA
Tarix: 22-04-2022, 10:00