mobil versiya

Eduard Məmmədov dünya çempionu oldu - FOTO



Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov növbəti qələbəsini qazanıb.

REPORTYOR.AZ xəbər verir ki, təmsilçimiz veteranlar arasında -63 kq çəkidə üç görüş keçirib. Bütün qarşılaşmalarda qalib gələn idmançı dünya çempionu olub. 

Eduard Məmmədov ilk qarşılaşmada danimarkalı Yan Larseni, sonra argentinalı Federiko İqnasionu məğlub edib.

Final döyüşündə təmsilçimiz WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya ilə qarşılaşıb. 3:0 qalib gələn Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.



KARUSEL / İDMAN
Baxılıb: 41 Tarix: 30-11-2019, 15:50


Şərh bildir
yenilə, əgər kod görünmürsə