Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər - Səfir

Daha səmərəli avtomobil və dəmir yolu bağlantılarının xüsusilə Şimal-Cənub dəhlizi boyunca inkişaf etdirilməsi regionun bütün ölkələri üçün oyunun qaydalarını dəyişə bilər.
Pakistanın əla infrastruktura malik Qvadar və Kəraçi dəniz limanları bütün Mərkəzi Asiya və Cənubi Qafqaz üçün təbii qapı rolunu oynaya bilər. Pakistan, həmçinin Azərbaycanın Asiyanı Avropa ilə birləşdirən Şimal-Cənub və Orta dəhlizlərin qovşağı kimi strateji mövqeyindən böyük fayda əldə edə bilər.
Bu bunu Pakistanın ölkəmizdəki səfiri Qasım Mouhiddin deyib.
Onun sözlərinə görə, Qvadar Azərbaycandan və Mərkəzi Asiyadan beynəlxalq bazarlara göndərilən yüklərin daşınması üçün də mühüm mərkəzə çevrilə bilər.
“Pakistanın logistika şirkətləri artıq müxtəlif marşrutların səmərəliliyini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma işləri aparıb və sınaq daşımaları həyata keçiriblər. Ümid edirik ki, regionda təhlükəsizlik vəziyyəti yaxşılaşdıqca bu mühüm istiqamətdə, o cümlədən investisiya sahəsində əməkdaşlıq sürətlə yeni dinamika qazanacaq. Məqsəd yalnız nəqliyyat əlaqələri yaratmaq deyil. Əsas məqsəd Pakistanı Azərbaycan, Mərkəzi Asiya və Avropa bazarları ilə daha səmərəli şəkildə birləşdirəcək etibarlı, kommersiya baxımından dayanıqlı və davamlı ticarət dəhlizləri formalaşdırmaqdır”, - deyə diplomat əlavə edib. (Azərtac)
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:54


























