"...Pakistanın yanında olacağıq" - Çin lideri
İslamabadda Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) 10 illiyi çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və Çinin baş nazirinin müavini Hi Lifinqin iştirakı ilə tədbir keçirilib.
"Geo News" xəbər verir ki, ÇXR sədri Si Cinpin göndərdiyi təbrik mesajı təqdim olunub. ÇXR lideri məktubunda ikitərəfli əlaqələrin daha da genişlənəcəyini və möhkəmlənəcəyini qeyd edərək beynəlxalq mühitin necə dəyişməsindən asılı olmayaraq, Pakistanın yanında olacaqlarını bildirib.
CPEC-in Kəmər və Yol Təşəbbüsünün öndə gedən mühüm layihəsi olduğunu deyən ÇXR sədri, Çin və Pakistanın 2013-cü ildə işə salındıqdan sonra CPEC-i inkişaf etdirdiyini vurğulayıb.
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunundan, Pakistanın şimal-şərq və cənub-qərbindən keçərək Qvadar və Kəraçi limanları ilə Ərəbistan dənizinə birləşdirməyi hədəfləyən "Çin-Pakistan İqtisadi Dəhlizi" (CPEC) layihəsi Çinin Kəmər və Yol Təşəbbüsünün mərkəzində yer alır.
CPEC layihəsi həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Azərbaycanın regional ticarətini artırmaq üçün Qvadar limanından istifadəsinə imkan verir.
KARUSEL / DÜNYA

Tarix: 1-08-2023, 11:38