mobil versiya

Çin üçüncü “Bir kəmər-bir yol” forumunu bu il keçirəcək



Çində “Bir kəmər-bir yol” təşəbbüsünün üçüncü forumu bu il keçiriləcək.
CXR xarici işlər naziri Tsin Qan bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının sessiyası zamanı təşkil olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, son 10 il ərzində “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində 1 trilyon dollar sərmayə yatırılıb və 3 mindən çox layihə reallaşıb, “Çin-Avropa” dəmiryol marşrutu ilə 65 min qatar hərəkət edib.
Çinin xarici siyasət qurumunun rəhbəri, həmçinin “Bir kəmər-bir yol” təşəbbüsünün qarşılıqlı məsləhətləşmə, tikinti və müştərək istifadə prinsiplərinə əsaslanan praqmatik və açıq təşəbbüs olduğunu qeyd edib.
Azərbaycan ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü fəal surətdə dəstəkləyən ölkələrdən biridir.
Xatırladaq ki, ilk “Bir kəmər-bir yol” forumu 2017-ci ilin fevralında keçirilmişdi.



KARUSEL / DÜNYA
Tarix: 7-03-2023, 18:20