mobil versiya

Çin Ukrayna münaqişəsinin tərəflərinə silah verməyib



Çin Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah verməyib.
Bunu Çinin xarici işlər naziri Çin Qan Pekində davam edən 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında deyib. Çin XİN rəhbəri ölkəsinin nə böhranın yaradıcısı, nə də böhranda birbaşa maraqlı tərəf olduğunu söyləyib.
Ukrayna böhranının qarşısı alına bilinəcək bir faciə olduğunu vurğulayan Çin Qan, bu böhranın əslində Avropanın təhlükəsizliyinin idarə edilməsindəki problemlərdən qaynaqlandığını bildirib.
“Rusiya-Ukrayna müharibəsi” ifadəsini istifadə etməyən çinli nazir deyib: - Çin Ukrayna böhranında sülhü müharibədən, dialoqu sanksiyalardan və gərginliyin azalmasını onu artırmaqdan üstün tutur. Çin hər zaman məsələnin mahiyyətinə əsaslanaraq, müstəqil nəticə çıxarır.
Nazir Çin və Rusiyanın strateji qarşılıqlı etimada və mehriban qonşuluq xüsusiyyətlərinə sahib, yeni bir beynəlxalq münasibətlər növü üçün yaxşı bir nümunə təşkil edən əlaqələr yolunu tutduğunu bildirib. “Pekin və Moskvanın birgə işi sayəsində dünya çoxqütblülüyə və beynəlxalq münasibətlərdə daha böyük demokratiyaya doğru hərəkətverici qüvvə alacaq, qlobal strateji tarazlıq və sabitlik daha yaxşı təmin olunacaq”, - deyə Çin XİN rəhbəri əlavə edib ki, Çin-Rusiya münasibətləri heç bir ölkə üçün təhdid olmadığı kimi, başqa bir ölkənin də müdaxilə edəcəyi bir mövzu deyil.
KARUSEL / DÜNYA
Tarix: 7-03-2023, 09:24