“ABŞ-ı COVİD-19-la bağlı manipulyasiya etməməyə çağırırıq”- Çin XİN
“Çin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyaya qəti şəkildə qarşı çıxır”.
Bunu, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin FTB direktoru Kristofer Reyin açıqlamasını şərh edərkən deyib.
Rey COVİD-19-un Çindəki laboratoriyadan sızdığı barədə açıqlama verib.
Bunu təkzib edən Çin XİN ABŞ-ı elmə və faktlara hörmət etməyə və bu mövzunu siyasiləşdirməyi dayandırmağa çağırıb: “Çin koronavirusun mənbəyini tapmaq bəhanəsi ilə hər cür siyasi manipulyasiyaya qəti şəkildə qarşıdır. Biz ABŞ-ı elmə və faktlara hörmət etməyə, koronavirusun mənşəyinin izlənməsi məsələsini siyasiləşdirməyi dayandırmağa çağırırıq”.
KARUSEL / DÜNYA
Tarix: 1-03-2023, 14:42