Çin koronavirusla mübarizəyə 9 milyard dollar ayırıb
Çin Maliyyə Nazirliyi və Milli Səhiyyə Komissiyası yeni koronavirusun yayılmasının qarşısını almaq üçün 69,33 milyard yuan (8,74 milyard dollar) ayırıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa aralarında ABŞ, Cənubi Koreya, Tailand, Avstaliyanın da olduğu ən az 14 ölkədə rastlanılıb. Virusa yoluxanların sayı 2744-ə, ölənlərin sayı isə 81-ə çatıb.
KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 27-01-2020, 16:00