ABŞ Türkiyəyə satmadığı qırıcını bu ölkəyə satacaq
ABŞ Dövlət Deprtamenti 32 ədəd “F-35 A” tipli qırıcı təyyarənin Polşaya satışına razılıq verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 6,5 milyard dollar təşkil edir.
Polşa Rusiya istehsalı olan “MiG-29” və “Su-22” təyyarələrini yeniləmək məqsədilə ABŞ qırıcılarını almaq üçün mayda müraciət etmişdi.
Polşa rəhbərliyinin hərbi arsenalın müasirləşdirilməsi istiqamətində 2026-cı ilə qədər 47 milyard dollar xərcləyəcəyi bildirilir.
Xatırladaq ki, Polşa 2017-ci ildə dəyəri 10,5 milyard dollar olan “Patriot” hava hücumundan müdafiə sistemi və 2 milyard dollarlıq hərbi-texniki təchizat almışdı.
Qeyd edək ki, Türkiyə də “F-35” almaq istəsə də, ABŞ satış etmək istəməmişdi. Nəticədə Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksi alıb.
KARUSEL / SİYASƏT / DÜNYA

Tarix: 13-09-2019, 00:28