mobil versiya

Tramp Polşa prezidenti ilə bu ölkəyə səfərini müzakirə edib


ABŞ prezidenti Donald Tramp çərşənbə günü təşkil olunmuş telefon bağlantısı vasitəsilə Polşa prezidenti Andjey Duda ilə özünün bu ölkəyə gözlənilən səfərini müzakirə edib .APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
“Prezident Donald Tramp bu gün Polşa prezidenti Andjey Duda ilə telefon bağlantısı qurub və Varşavada gözlənilən görüşü müzakirə edib. Prezident və birinci xanım digər dünya liderləri ilə birgə II Dünya müharibəsinin başlamasının 80-ci ildönümünü qeyd etmək üçün Polşaya səfəri səbirsizliklə gözləyirlər”, - deyə məlumatda qeyd olunur.
Trampın Polşaya səfəri 31 avqust-2 sentyabr tarixlərində baş tutacaq.






SİYASƏT / DÜNYA
Tarix: 29-08-2019, 07:47