mobil versiya

Çin Tayvan ətrafında genişmiqyaslı təlimlərə başlayıb




Çin Xalq Azadlıq Ordusu cümə axşamı Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

REPORTYOR.AZ "apa"ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, təlimlər bu gün yerli vaxtla saat 12:00-da başlayıb və avqustun 7-si, günortaya qədər davam edəcək.

Tayvan isə öz növbəsində təlimlərin aparıldığı altı rayondan üçünün özünün akvatoriyasına aid olduğunu vurğulayıb.

Çin Xalq Azadlıq Ordusunun təlimləri zamanı akvatoriyanın blok edilməsi, dənizdə və havada hərbi fəaliyyətlərin aparılması kimi tapşırıqlar məşq ediləcək.
KARUSEL / DÜNYA
Tarix: 4-08-2022, 11:00