mobil versiya

Təcili: Çin ABŞ-a raketlər buraxdı - 150 kiloton gücə malik RAKETLƏR...




Çin ABŞ-a xəbərdarlıq məqsədilə bu gün səhər Cənubi Çin dənizi istiqamətində iki ballistik raket buraxıb.

Reportyor.az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə “South China Morning Post” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, DF-26B (Dunfen-26) raketi Sinxay, DF-21D (Dunfen-21) raketi isə Çjetzyan əyalətindən buraxılıb. Hər iki raket hərbi təlimlər məqsədilə bağlı elan edilən zonaya düşüb.

“Bu, Çinin Cənubi Çin dənizində potensial risk daşıyan ABŞ hərbi təyyarələri və gəmilərinin varlığına cavabıdır”, - qəzet yazıb.

SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 26-08-2020, 23:00