mobil versiya

Hakerlər Tayvan hökumətinin saytlarına Çin bayrağı sancır




ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, çinli hakerlər Tayvandakı bir sıra yerli hökumət qurumlarının internet saytlarında Çin bayrağını sancıb.

“Taiwan News” xəbər verir ki, çinli hakerlər Kaohsiunq hökumətinin veb-saytını cümə axşamından şənbə səhərinə qədər 10 saatdan çox Çin bayrağı ilə əhatə edib. Tayvan Xarici İşlər Nazirliyinin saytının avqustun 2, 4 və 5-də bir neçə saat ərzində işləmədiyini bildirib. 

Nazirlik bəyan edib ki, serveri sındırmaq üçün çoxsaylı Çin və Rusiya IP ünvanlarından dəqiqədə 17 milyon dəfəyə qədər giriş cəhdi olub. 




SON XƏBƏR / GÜNDƏM / DÜNYA
Tarix: 8-08-2022, 17:52