mobil versiya

Bəlucistan Azadlıq Ordusu CPEC-də 6 Çin mobil qülləsini yandırıb




Bəlucistan Azadlıq Ordusu (BLA) Pakistanın Bəlucistan əyalətinin Keç rayonunun Tehsil Daşt şəhərində Pakistan və Çin şirkətlərinin altı mobil telefon qülləsini yandırıb.
BLA həmçinin Bəlucistanın Keç şəhərinin Daşt Kambel, Can Məhəmməd Bazar, Print Bazar və Zarin Bug bölgələrində Pakistanın "Ufone" mobil telefon şirkətinin və Çinin "Zong" şirkətinin mobil telefon qüllələrinə hücum edib.
Eynilə, Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) marşrutu üzrə Daştda, Keçdə Ufone qülləsi və Keçin Sunqay bazarında Zonq şirkətinin qüllələri hücuma məruz qalıb və bütün texnika yandırılıb.
Pakistan və Çin öz casusların və əsgərlərin işini asanlaşdırmaq üçün Bəlucistanın müxtəlif bölgələrində mobil telefon qüllələri şəbəkəsi qurur. Qüllələr həm də Bəluc xalqını müşahidə etmək üçün istifadə olunur.
CPEC marşrutunu qorumaq üçün mobil telefon qüllələri quraşdırılmışdır. 
KARUSEL / DÜNYA
Tarix: 20-04-2023, 10:02