mobil versiya

Van Huyyao: Prezident İlham Əliyev Azərbaycan-Çin dostluğuna böyük əhəmiyyət verir



Prezident Əliyevin Azərbaycan-Çin münasibətləri barədə söylədiyi fikirlər çox önəmlidir. O, müsahibə zamanı Azərbaycanın Çin ilə münasibətlərini xüsusi vurğuladı.
Nüfuzlu beyin mərkəzlərindən olan Çin və Qloballaşma Mərkəzinin prezidenti Van Huyyao açıqlamasında dövlətimizin başçısının “China Media Group” media korporasiyasına müsahibəsini şərh edərkən belə deyib.
Çinin Kommersiya Nazirliyi nəzdindəki Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının fəxri vitse-prezidenti olan Van Huyyao bildirib ki, Azərbaycan Prezidenti Çinin “Bir kəmər, bir yol” strategiyasına böyük dəstək verir və bu təşəbbüs çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirir. Prezident Əliyev “Bir kəmər, bir yol” təşəbbüsünün Çin ilə Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında əlaqələr baxımından vacib əhəmiyyətindən söz açıb. Bunlar Azərbaycan Prezidentinin diqqətəlayiq fikirləridir.
O, Prezident İlham Əliyevin müsahibəsində “Bir kəmər, bir yol” ölkələri arasında mədəni əlaqələr, mədəni əməkdaşlıqla bağlı olduqca müsbət fikirlər səsləndirdiyini də qeyd edib.
“Çin xalqı Azərbaycan Prezidentinin “Vahid Çin” siyasətinə, Çinin ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirir”, - deyən Van Huyyao əlavə edib ki, Prezident müsahibəsində Azərbaycan ilə Çin arasındakı dostluğu xüsusi vurğulayıb. Qeyd edilib ki, bu dostluq qarşılıqlı etimada və əməkdaşlığa əsaslanır.
Van Huyyao deyib: “Prezident Əliyevin müsahibə zamanı səsləndirdiyi fikirlərdə onun Azərbaycan-Çin dostluğuna necə böyük əhəmiyyət verdiyini anlamaq olur. Bu amil ölkələrimizin münasibətlərinin gələcəyi üçün çox yaxşıdır. Ümid edirik ki, Azərbaycan Prezidenti bu il təşkil olunacaq 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak üçün Çinə gələcək. Biz Azərbaycan xalqı ilə dostluğun, Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişafını səbirsizliklə gözləyirik.(Azərtac)

KARUSEL / SİYASƏT
Tarix: 26-07-2023, 15:44