mobil versiya

Muxtar Babayev: Azərbaycan 12 milli parka və xüsusi mühafizə olunan təbiət ərazilərinə sahibdir






Hirkan meşələri təbii irsimizin mühafizəsində əməkdaşlığın nə dərəcədə vacib olduğuna gözəl bir nümunədir.

Bu qədim ekosistem artıq qonşu ölkələrlə paylaşılan transsərhəd UNESCO Ümumdünya irsi obyektinin tərkib hissəsidir. Bu ərazinin qorunması elmin, mühafizə olunan ərazilərin idarə edilməsinin vacibliyini aydın göstərir.

Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev söyləyib.
Milli mühafizə səylərimizi genişləndirməyə davam etdiyimizi diqqətə çatdıran Muxtar Babayev son vaxtlar yaradılan 2 yeni milli parkla birlikdə Azərbaycan hazırda ölkə ərazisinin 10.3 faizindən çoxunu əhatə edən 12 milli parka və xüsusi mühafizə olunan təbiət ərazilərinə sahib olduğunu deyib. (Azərtac)


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:54